"SEPAH-ın terror təşkilatı kimi tanınması ilə bağlı addım atılmasını gözləyirik"

Rəsmi Berlindən SEPAH-ın terror təşkilatı kimi tanınması ilə bağlı addım atmasını gözləyirik.

Olaylar.az xəbər verir ki, bu sözləri Berlində səfərdə olan İsrail xarici işlər naziri Eli Koen deyib.

O bildirib ki, İsrail İran rejiminə qarşı Almaniya ilə birgə çalışmaq istəyir:

"İran rejimi sadəcə regional problem deyil, həm də Avropa və dünya üçün problemdir. İranın nüvə yarışına son qoymağın yeganə yolu diplomatik və iqtisadi təzyiqdən keçir".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31