74 yaşlı modeldən cəsarətli pozalar - FOTO

74 yaşlı model, müğənni və aktrisa Qreys Cons Avstriyanın "Wolford" alt paltarı və corab brendinin yeni reklam kampaniyasında rol alıb.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, yayımlanan fotolardan birində 74 yaşlı Qreys qolsuz bədən kostyumu və stilettoda görünüb. Digər şəkillərdə 1970-1980-ci illərin ulduzu çılpaq çiyinli dar midi paltarda poza verib.

Çəkilişlərə fotoqraf Riçard Fibbs cavabdeh olub.

Qreys Consun karyerası 1968-ci ildə Wilhelmina Modelləşdirmə Agentliyi ilə model kimi müqavilə bağlayaraq Yamaykadan ABŞ-a getməsi ilə başlayıb. 1970-ci ildə o, Nyu-Yorkdan Parisə köçüb və burada androqin görünüşü sayəsində tez bir zamanda axtarılan modelə çevrilib. 

Modellik karyerası ilə paralel olaraq o, musiqi karyerasını inkişaf etdirib, 1977-ci ildə ilk albomu "Portfolio"nu buraxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31