Televiziya kanalları xəbərdarlığı mesajı peyk hücumu səbəbiylə ortaya çıxdı - ÖZƏL

"Peyk operatorunun infrastrukturuna hücum nəticəsində bir sıra telekanallarda yayımlanan hava hücumu xəbərdarlığı mesajı ortaya çıxıb". 

Olaylar.az xəbər verir ki, bunu TNT, Pyatnitsa!, TV kanallarının daxil olduğu "Qazprom-Media" holdinqinin (GPM RTV) mətbuat xidməti bildirib.

"Telekanallarımızda yayımlanan hava hücumu xəbərdarlığı ilə bağlı xəbər həqiqətə uyğun deyil və peyk operatorunun infrastrukturuna hücum nəticəsində ortaya çıxıb. Bu cür peyk hücumları bizim gündəlik işimizin bir hissəsinə çevrilir", - mətbuat xidməti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31