Zəlzələlər  nə qədər maddi ziyana səbəb oldu? - ÖZƏL

Olaylar.az xəbər verir ki, Dünya Bankı Kahramanmaraşda baş verən zəlzələlərin 34 milyard dollardan çox maddi ziyana səbəb olduğunu açıqlayıb. Fəlakətin qiymətləndirilməsi hesabatında o da qeyd olunub ki, zamanla artacaq təkanlar və zərər təxminləri arta bilər. Dünya Bankı fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərin Türkiyə iqtisadiyyatına təsirini qiymətləndirib. Sürətli zərər qiymətləndirmə hesabatına görə, zəlzələlər 34 milyard 200 milyon dollar fiziki ziyana səbəb olub. Hesabatda zəlzələlərin vurduğu zərərin dəyəri Türkiyənin 2021-ci ildə ÜDM-nin 4%-nə bərabərdir. Bu zərərin afterşoklarla daha da arta biləcəyi bildirilib. Zərərin qiymətləndirilməsinə bərpa və yenidənqurma xərcləri daxil deyil Hesabata görə, təxmini zərərin yüzdə 81-i təxminən 6 milyon 450 min insanın yaşadığı Hatay, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyamanda meydana gəlib. Zərərlərin 18 milyard dolları yaşayış evlərində, 9 milyard 700 milyon dolları isə digər binalarda baş verib. İnfrastruktur obyektlərinə də 6 milyard 400 milyon dollar ziyan dəyib. Hesabatdakı zərərin təxmininə bərpa və yenidənqurma xərcləri daxil deyil. Dünya Bankı yardım və bərpa səylərinə kömək etmək üçün fevralın 9-da 1 milyard 780 milyon dollarlıq ilkin yardım paketi elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31