Gənc aktrisaya ağır itki: Atası vəfat etdi
28 Fevral 2023 15:41 DünyaGənc aktrisa Helin Kandemirin bir müddət leykoz xəstəliyindən müalicə olunan 47 yaşlı atası Murat Kandemir dünyasını dəyişib.
Olaylar.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu barədə kədərli xəbəri tanınmış aktrisa Hülya Duyar yayıb.
Sonuncu dəfə "Duy Beni" serialında oynayan və yaxında yayımlanacaq "Aşk-ı Memnu" serialında Bihter obrazını canlandıran gənc aktrisa Helin Kandemir atasının ölümündən sarsılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31