Adıyamanda qırılma xətti havadan görüntüləndi - VİDEO
28 Fevral 2023 14:03 DünyaTürkiyənin Adıyaman şəhərində zəlzələdən sonra dağların arasından keçən qırılma xətti havadan görüntülənib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda 7,7, Elbistan rayonunda isə 7,6 bal gücündə iki güclü zəlzələ zamanı Adıyaman ən çox dağılan yerlərdən biri olub.
Adıyamanın Gölbaşı rayonunda dağlar arasında əmələ gələn qırılma xətti metrlərlə uzanır.
Ozan məhəlləsinə gedən yol qırılma səbəbindən yararsız hala düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31