Livanın rəsmi xəbər agentliyinin 62 illik arxivi oğurlanıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın 1961-ci ildən qorunub saxlanılan arxivi oğurlanıb. Livanın informasiya naziri Ziyad Mekari nazirlik binasının arxiv bölməsindən oğurlanan kompüterlər və serverlər barədə məlumat verib. MTN ofisinin yerləşdiyi İnformasiya Nazirliyinin arxiv otağından şəxsiyyəti hələ müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən 5 kompüterin oğurlandığını bildirən Mekari oğurlanmış arxivdə 1961-ci ildən bu yana qorunub saxlanılan şəkillərin də olduğunu bildirib. . Oğurluğu "böyük cinayət" olaraq xarakterizə edən Makari vəziyyəti dərhal təhlükəsizlik qüvvələrinə çatdırdıqlarını və cinayətkarların tutularaq cəzalandırılması üçün hər cür səy göstərəcəklərini bildirib. Bildirilir ki, arxivdə 1975-1990-cı illər arasında Livanda baş verən vətəndaş müharibəsinə aid mühüm fotoşəkillər və görüntülər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31