İtkin düşən adamın qalıqları köpək balığının qarnında tapılıb - ÖZƏL
28 Fevral 2023 11:33 DünyaOlaylar.az xəbər verir ki, Argentinanın cənubundakı Comdoro Rivadavia sahil qəsəbəsində yoxa çıxan Dieqo Barrianın qalıqları balıqçılar tərəfindən tutulan köpək balığının qarnından tapılıb. Yerli mətbuata açıqlamalar verən polis məmuru Daniela Millatruz, Barrianın şəxsiyyətinin bədənindəki döymə ilə ailəsi tərəfindən müəyyən edildiyini bildirib.
Balıqçıların Argentinanın Çubut əyalətində tutduqları köpək balığını təmizləyərkən insan qalıqları tapdıqlarını bildirən Millatruz, hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib. Millatruz qeyd edib ki, Barrianın sonuncu dəfə çimərlikdə göründüyü və dənizdə çimdikdən sonra yoxa çıxdığı barədə məlumatı var. Səlahiyyətlilər Barrianın güclü dalğalara tutularaq dənizə sürükləndiyindən şübhələndiklərini bildiriblər. Comodoro Rivadavia polis rəisi Cristian Ansaldo da açıqlamasında Barrianın rəsmi şəxsiyyətini təsdiqləmək üçün DNT testinin aparılacağını bildirib. Ansaldo, Barrianın qalıqları olan köpəkbalığının uzunluğunun təxminən 1,5 metr olduğunu bildirdi.