Dövlət qulluqçularının mobil cihazlarında "TikTok" QADAĞAN EDİLƏCƏK
27 Fevral 2023 21:28 DünyaTəhlükəsizlik səbəbi ilə Kanada hökuməti martın 1-dən dövlət işçilərinə verilən rəsmi mobil cihazlarda Çinin "TikTok" sosial şəbəkəsindən istifadəni qadağan edəcək.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə "The National Post" qəzeti xəbər verib.
Məlumata əsasən, Kanada bunu fevralın 28-də rəsmən elan edəcək. Qəzet qeyd edib ki, Çin sosial şəbəkəsinin dövlət qulluqçularının rəsmi mobil cihazlarında tətbiqləri silinməlidir.
Kanada hökumətinin kibertəhlükəsizlik üzrə ekspertlərinin fikrincə, "TikTok"un məlumat toplama üsulları istifadəçiləri kiberhücumlara qarşı təhlükə altına sala bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31