Rusiya ilə Çin arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa düçar oldu - ÖZƏL

"Rusiya-Çin münasibətlərinin əla perspektivləri var, ona görə də Moskva ilə Pekin arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa məhkumdur".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirib. 
"Əminəm ki, Rusiya-Çin münasibətlərinin perspektivləri parlaqdır. Qarşıda bizi düz və geniş yol gözləyir. İnanıram ki, pis niyyəti olan və dostluğumuzu pozmağa cəhd edən hər kəs uğur qazana bilməyəcək", - Morqulov deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31