Almaniya ordusunun Leopard tanklarının yalnız 30%-i döyüşə hazırdır - ÖZƏL
27 Fevral 2023 13:53 Dünya"Almaniya Silahlı Qüvvələrində xidmətdə olan Leopard tanklarının yalnız 30%-i döyüşə hazırdır".
Olaylar.az xəbər verir ki, bunu Silahlı Qüvvələr Assosiasiyasının rəhbəri Andre Vustner bildirib.
Onun sözlərinə görə, Almaniya ordusu ötən il Ukraynaya göndərilənlərdən bir dənə də özüyeriyən haubitsa sifariş etməyib:
"Qalan haubitsalar hazırda istismardan çıxarılır və ehtiyat hissələri üçün istifadə olunur. Nəticədə artilleriya qüvvələrimizin maddi döyüş hazırlığı aşağı düşməkdə davam edir", - Vustner qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31