Almaniyada tətilə görə 325-dən çox aviareys ləğv edilib - ÖZƏL
27 Fevral 2023 12:20 DünyaAlmaniyanın Şimali Reyn-Vestfaliya əyalətində dövlət işçiləri ötən gecə "24 saatlıq xəbərdarlıq tətili"nə başlayıb, əyalətin iki böyük hava limanında 325-dən çox uçuş ləğv edilib. Əyalətdə hava limanları, baxım mərkəzləri, bələdiyyə xəstəxanaları, zibil toplama mərkəzləri və yüngül relsli nəqliyyat vasitələri tətilə keçib. Bu tətillərlə yanaşı, gün ərzində bir neçə etiraz aksiyasının keçirilməsi də planlaşdırılıb. Köln/Bonn və Düsseldorf hava limanlarından verilən açıqlamada işçilərin dünən gecədən başladığı tətil səbəbilə iki hava limanında 325-dən çox uçuşun ləğv edildiyi bildirilib. Açıqlamada Düsseldorf hava limanında 205, Köln/Bonn hava limanında isə 120-dən çox uçuşun ləğv edildiyi qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31