Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 374 nəfərə çatıb
26 Fevral 2023 19:30 DünyaTürkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 374 nəfərə çatıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31