Putin və Ərdoğan arasında telefon danışığı olub
26 Fevral 2023 17:52 DünyaRusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar günü Kremlin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, V.Putin Türkiyə Prezidentini ad günü münasibətilə təbrik edərək, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafına böyük şəxsi töhfəsini qeyd edib.
"Telefon danışığı zamanı ikitərəfli gündəlikdəki bəzi aktual məsələlərə toxunulub", - deyə məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31