"10-cu sanksiyalar paketi çox yumşaqdır" - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı tərəfindən Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketini çox yumşaq hesab edib və Qərbi Moskvaya təzyiqi artırmağa çağırıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski şənbə günü, fevralın 25-də "Twitter" səhifəsində yazıb.

"Biz "Rosatom" və Rusiyanın atom sənayesinə qarşı qətiyyətli addımlar atılmasını, orduya və bank sektoruna təzyiqi artırmağı gözləyirik", Zelenski yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31