52 dərəcəyə qədər ŞAXTA GÖZLƏNİLİR

Kanadanın bəzi bölgələrində şənbə və bazar günləri üçün kəskin şaxtalı hava proqnozlaşdırılır.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Meteorologiya Bürosundan bildirilib.

Məlumata əsasən, Kvebek, Nyufaundlend və Labrador əyalətlərinin şimal bölgələrində 45 ilə 52 dərəcəsi arasında ən şiddətli soyuqlar ilə bağlı xəbərdarlıq edilib. Alberta, Britaniya Kolumbiyası, Ontario və Saskaçevan əyalətlərinin bəzi ərazilərində termometrlər 25-40 dərəcə şaxtaya qədər düşə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31