"Rusiya Ukraynada uduzmalıdır"
25 Fevral 2023 19:16 DünyaUkrayna öz sülh düsturunu Avropada və dünyada yeni təhlükəsizliyin əsasına çevirəcək.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kaunasda keçirilən Beynəlxalq Forumun iştirakçılarına müraciətində deyib.
"İndi əlamətdar bir zamandır. Sizinlə qazana biləcəyimiz və azadlığımızı təmin edə biləcəyimiz dövrdür. İndi azadlığımızı sizinlə əbədi olaraq qoruya biləcəyimiz vaxtdır. Rusiya Ukraynada uduzmalıdır. Rusiya revanşizmi Kiyev və Vilnüs, Kişinyov və Varşavanı, Latviya və Estoniyadakı, Gürcüstandakı və indi rus qatilləri tərəfindən təhdid edilən hər bir başqa ölkədəki qardaşlarımızı həmişəlik unutmalıdır", - Zelenski vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31