Paltaryuyan və cehiz sandığında narkotik gizlədən azərbaycanlı tutuldu
25 Fevral 2023 12:10 DünyaTürkiyənin İğdır şəhərində evdən narkotik tapılıb.
Olaylar.az lent.az-a istinadla bildirir ki, şəhər polisi evlərdən birində əməliyyat keçirib. Nəticədə paltaryuyan maşında və cehiz sandığında gizlədilən 1 kilo 410 qram marixuana ələ keçirilib.
Hadisə ilə əlaqədar 1-i İran, digəri Azərbaycan əsilli olmaqla 3 nəfər saxlanılıb. Onların hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31