Ərdoğanla Putin arasında telefon danışığı olub
24 Fevral 2023 21:54 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Olaylar.az xəbər trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə əlaqədar olaraq Türkiyəyə dəstək göstərən Rusiya Prezidentinə təşəkkür edib.
Qeyd olunub ki, danışıq zamanı Türkiyədə baş verən zəlzələlər və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31