"İsmarıclara düzəliş etmək üçün 15 dəqiqə vaxt veriləcək"

"WABetaInfo" tərəfindən paylaşılan xəbərə görə, "WhatsApp" göndərilən mesajların redaktə edilməsi funksiyasını sınaqdan keçirir.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu funksiya mesaj göndərildikdən cəmi 15 dəqiqə sonra istifadə olunacaq. Yəni "WhatsApp" istifadəçiləri 15 dəqiqədən sonra göndərilən heç bir mesajı redaktə edə bilməyəcək.

"WhatsApp" vasitəsilə alınan mesaj redaktə edilərsə və "İPhone"-da quraşdırılmış versiya bu funksiyanı dəstəkləmirsə, görünməyəcək. Redaktə edilmiş mesaj əvəzinə xəta bildirişi olacaq. Yəni bu funksiya gələndən sonra istifadəçilər tətbiqi "App Store" vasitəsilə yeniləməli olacaqlar.

Məlumata görə, "WhatsApp" üçün sözügedən xüsusiyyət hazırda sınaq mərhələsindədir. Yeniliyin stabil versiyaya nə vaxt gələcəyi hələlik bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31