NATO Ukraynaya dəstəyini gücləndirir - ÖZƏL

NATO Ukraynaya dəstəyini lazım olduğu qədər davam etdirəcək.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat NATO Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın bir ili münasibətilə yaydığı bəyanatda deyilir.
"Rusiyanın işğalına qarşı özünü müdafiə edən Ukraynaya siyasi və praktiki dəstəyi daha da gücləndiririk və Ukraynanın qalib gəlməsinə kömək etmək üçün lazım olan müddətdə dəstəyimizi davam etdirəcəyik. Bu kontekstdə NATO müvafiq maraqlı tərəflərlə, o cümlədən Ukrayna ilə sıx əməkdaşlıq etməyə davam edəcək", - bəyanatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31