Avropa Parlamenti də Tiktok-u qadağan etmək üçün hərəkətə keçdi- ÖZƏL
24 Fevral 2023 14:58 DünyaOlaylar.az xəbər verir ki, Avropa Komissiyasının ardınca Avropa Şurası da Çində yerləşən Tiktok-a qarşı tədbir görüb. İşçilərə proqramdan korporativ cihazlarda istifadə etmək qadağandır. Yaxın vaxtlarda Avropa Parlamentinin də analoji qərar qəbul edəcəyi gözlənilir. TikTok qadağası Avropa İttifaqının qurumlarında genişlənir. Aİ Şurasının əməkdaşlarına korporativ cihazlarda TikTokdan istifadə etmək qadağan edilib. Bir müddət əvvəl Çində yerləşən Tiktok sosial media platformasından istifadə Aİ Komissiyasının əməkdaşları tərəfindən məhdudlaşdırılmışdı.
Qərara səbəb kimi təhlükəsizliklə bağlı narahatlıq göstərilib. İndi Avropa Şurası da oxşar addım atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31