ABŞ-da digər ölkələrə silah satışı siyasəti yeniləndi- ÖZƏL
24 Fevral 2023 13:13 DünyaOlaylar.az xəbər verir ki, ABŞ administrasiyası silah satışını tənzimləyən Adi Silah Transferi Siyasətini yeniləyərkən, silah satışı ilə bağlı qərar verilərkən alıcı ölkənin insan hüquqları və demokratik idarəçilik normalarına nə dərəcədə uyğun olduğunun da qiymətləndiriləcəyini açıqladı. ABŞ prezidenti Co Bayden administrasiyası 1977-ci ildən bəri hər administrasiya tərəfindən yenilənən ABŞ-ın Adi Silahların Transferi Siyasətini yeniləyib. Ağ Evdən siyasətin yenilənməsi ilə bağlı qurumlara göndərilən sirkulyarda silah satın alan ölkələrin daxili işlərinə insan haqları, qanunun aliliyi, demokratik idarəetmə və hesabatlılıq kimi bir sıra yeni şərtlər, habelə ABŞ maraqları və beynəlxalq təhdidlər nəzərdən keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31