Çin Rusiya-Ukrayna məhbus mübadiləsi üçün əlverişli şərait yaratmağa çağırır - ÖZƏL
24 Fevral 2023 12:16 DünyaÇin Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsini dəstəkləyir və bunun üçün əlverişli şərait yaratmağa çağırır.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Çin Xarici İşlər Nazirliyinin Ukrayna böhranının siyasi həlli ilə bağlı bəyanatında deyilir.
"Mülki əhalinin və hərbi əsirlərin müdafiəsi təmin edilməlidir. Çin Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsini dəstəkləyir, bütün tərəflər bunun üçün daha əlverişli şərait yaratmalıdır", - nazirlik bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31