"Çinin Rusiyaya silah verdiyini görmədik, lakin bu variant masadadır"- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre, Çinin Rusiyaya silah yardımı etdiyini görmədiklərini, lakin Çin tərəfinin bu variantı masadan çıxardığını söyləmədiyini bildirib. Jean-Pierre, bu mövzuda baş verənləri izləməyə davam edəcəklərini ifadə edərək, çinli həmkarlarına qarşı Rusiyaya belə bir dəstək veriləcəyi təqdirdə nəticələrə aydın olduqlarını ifadə etdi. ABŞ-ın Tayvana qoşun göndərdiyinə dair iddialar barədə suala cavab verən Jan-Pier, "Tayvana müdafiə əlaqələri ilə bağlı dəstəyimiz Çin Xalq Respublikasının yaratdığı təhlükə ilə uyğundur" cavabını verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31