Braziliyada ölənlərin sayı 50 nəfərə çatıb- ÖZƏL
24 Fevral 2023 11:13 DünyaOlaylar.az xəbər verir ki, Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 50-yə yüksəlib. Sao Paulo əyalətinin səlahiyyətlilərindən edilən açıqlamada fevralın 18-dən bəri davam edən sel fəlakətlərində ölənlərin sayının 50-yə yüksəldiyi bildirilib. Axtarış-xilasetmə işlərinin davam etdiyi əyalətdə sel və torpaq sürüşmələrində 1815 nəfərin evsiz qaldığı bildirilib. Rəqəmlər dəqiq olmasa da, itkin düşən 30-dan çox insanla bağlı işlərin davam etdiyi bildirilib. Rabitə xətlərinin zədələnməsi səbəbindən əlaqənin çətinləşdiyi bölgədə mərkəzi hökumətin büdcəsinin yardım fəaliyyətləri üçün köçürüldüyü paylaşılıb. Braziliya prezidenti Luiz İnasio Lula da Silva fevralın 21-də təbii fəlakət bölgəsinə səfər edib və helikopterlə havadan araşdırma aparıb.