Rəcəb Tayyib Ərdoğan İrakli Qaribaşvilini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, görüş Türkiyə Prezidentinin Ankaradakı iqamətgahında baş tutub.

İ.Qaribaşvili Türkiyəyə səfəri çərçivəsində Hatay vilayətinin zəlzələdən zərər çəkmiş Antakya şəhərinə səfər edəcək, burada Gürcüstan Daxili İşlər Nazirliyinin xilasedici qrupları dağıntıların təmizlənməsində iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31