Rusiyanın Tor-M2 raket sistemi hərəkətdə olarkən dron dəstəsini məhv edə bilər - ÖZƏL
23 Fevral 2023 16:31 Dünya"Ən müasir Tor-M2 zenit-raket kompleksi öz hərəkət marşrutu boyunca pilotsuz təyyarələri və digər mürəkkəb hava hədəflərini məhv etməyə qadirdir".
Olaylar.az xəbər verir ki, bunu hərbi-Siyasi Təhlil Bürosunun rəhbəri Aleksandr Mixaylov bildirib.
"Tor-M2-ni yaradan mühəndislər ona mürəkkəb hava hədəflərini aşkar etməyə və onları hərəkətdə olarkən vurmağa imkan verdilər. Məsələ burasındadır ki, əsl döyüş şəraitində avtomobili yürüşdə olan zaman məhv etmək kifayət qədər çətindir. Lakin, əgər yer-hava raket sistemi hərəkətini dayandırarsa, bunun üçün kifayət qədər silah olduğunu nəzərə alsaq, onu məhv etmək daha asandır" - ekspert deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31