Robotlar 10 ildən sonra ev işlərinin 39 faizini yerinə yetirəcək- ÖZƏL

İngiltərənin Oksford və Yaponiyanın Ochanomizu universitetlərinin tədqiqatçılarının araşdırmasına görə, 10 ildən sonra ev işlərinin 39 faizini robotlar görəcək. İki universitetin tədqiqatçıları 65 süni intellekt (AI) mütəxəssisindən ev işlərində avtomatlaşdırmanın gücünün 10 ildən sonra necə formalaşacağına dair fikirlərini soruşdular. Tədqiqatda Böyük Britaniyadan 29 və Yaponiyadan 36 süni intellekt üzrə mütəxəssislər iştirak ediblər. PLOS One jurnalında dərc edilən araşdırmada mütəxəssislər avtomatlaşdırmadan ən çox təsirlənəcək işin ərzaq alış-verişi olacağını proqnozlaşdırıblar. Gənc və yaşlı insanların qayğısına qalmaq süni intellekt texnologiyalarından ən az təsirlənəcək işdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31