Bu ölkədə quş qripi can alıb- ÖZƏL

Kambocada 11 yaşlı qız H5N1 adlı quş qripi səbəbindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Kamboca Səhiyyə Nazirliyi bildirib ki, Prey Veng şəhərinin kəndində yaşayan uşaq fevralın 16-da öskürək, boğaz ağrısı və 39 dərəcəyə qədər qızdırma şikayətləri ilə paytaxt Phnom Penhdəki xəstəxanaya aparılıb və tibbi yardıma baxmayaraq ölüb.  Qeyd olunur ki, sözügedən hadisə Kambocada 2014-cü ildən bəri ilk quş qripi hadisəsidir. Nazirlik həyatını itirən qızın yaşadığı bölgədəki çöl quşlarından nümunələr götürüldüyünü, ölü və ya xəstə quşlara toxunulmaması ilə bağlı xəbərdarlıq edildiyini də açıqlayıb. Kambocanın Səhiyyə naziri Mam Bunheng quş qripinin ev quşlarından yumurta toplayan uşaqlar üçün yüksək risk yaratdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31