Entoni Blinken BMT Baş katibi ilə görüşəcək

ABŞ Dövlət katibi Entoni Blinken BMT Baş katibi Antonio Quterreşlə görüşəcək.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər iclasında iştirak etmək üçün fevralın 23-24-də Nyu Yorka gedəcək", - məlumatda bildirilib.

Blinken və Quterreşin taxıl sazişi ilə yanaşı, Ukraynaya genişmiqyaslı iqtisadi, hərbi və humanitar dəstəyi müzakirə edəcəkləri gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31