"Avroviziya 2023"ün aparıcıları BƏLLİ OLDU

"Avroviziya 2023"ün aparıcılarının adları bəlli olub.

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, yarışmada aparıcılıq britaniyalı aktrisa Hanna Uedinqem, model Alişa Dikson və ukraynalı müğənni Yuliya Sanina həvalə edilib.

Qeyd edək ki, ötən il müsabiqənin qalibi Ukraynanı təmsil edən "Kaluş" qrupu olub. Ölkədəki müharibə səbəbindən yarışma bu il Britaniyada keçiriləcək.

Mayın 9-u və 11-də müsabiqənin yarımfinalları, 13-də isə final mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31