“Rusiya mövcud olmayacaq, onu parça-parça edəcəklər” – Medvedevdən gözlənilməz etiraf
22 Fevral 2023 15:33 Dünya"Əgər Ukraynaya qarşı müharibədə uduzsaq, o zaman Rusiya parçalanacaq və yox olacaq".
Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
"Qələbə qazanmadan xüsusi hərbi əməliyyatı dayandırsa, Rusiya mövcud olmayacaq, onu parça-parça edəcəklər", - Medvedyev bildirib.
Medvedyev ABŞ prezidenti Co Baydenin Rusiya xüsusi əməliyyatı dayandıracağı təqdirdə münaqişənin dərhal sona çatacağına dair bəyanatını da tənqid edib: "Bu, cəfəngiyyatdır. Həqiqət tamam başqadır. Əgər ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, Ukraynadakı müharibə başa çatacaq".
Medvedyev Baydenin ABŞ-ın Rusiyaya hücum etmək niyyətində olmadığı barədə ruslara müraciətində dürüst olmadığını da qeyd edib.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31