Qərb liderlərindən fərqli olaraq, Putin Minsk-2-nin tətbiqi üçün əlindən gələni etdi - ÖZƏL

""Normand dördlüyü" tərəfdaşlarından (Almaniya, Ukrayna və Fransa) fərqli olaraq, Rusiya prezidenti Vladimir Putin Ukrayna barışığı ilə bağlı Minsk razılaşmaları paketini praktikada tətbiq etmək üçün əlindən gələni edirdi".

Olaylar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Keçmiş Almaniya kansleri Angela Merkel, Fransanın keçmiş prezidenti Fransua Olland, Ukraynanın eks-prezidenti Pyotr Poroşenkodan fərqli olaraq, prezident Putin bu razılaşmaların həyata keçirilməsi və Ukrayna tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün çox çalışdı və çox səy göstərdi" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31