Ukrayna-Rusiya müharibəsinin dünya iqtisadiyyatına zərəri bəlli olub- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) apardığı araşdırmada 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərərin 1,6 trilyon dollar olduğu bildirilib. Araşdırma qrupundan olan Michael Groemling müharibənin böyük qlobal iqtisadi əhəmiyyət daşıdığını vurğulayaraq, enerji və xammal təchizatı ilə bağlı problemlərin şirkətlərə təzyiq göstərdiyini bildirib. 

"Yüksək enerji qiymətləri istehsal mərhələsində xərclərin artmasına səbəb olub və bu, bir çox şirkətin hesablamasını çətinləşdirib".  Araşdırmanın nəticələrində qlobal iqtisadiyyatın 2022-ci ildə 1,6 trilyon dollar gəlir əldə edə biləcəyi, ancaq müharibə səbəbindən bunu edə bilmədiyi bildirilib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31