Çin ABŞ və Tayvan rəsmiləri arasında istənilən əlaqəyə qarşıdır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Tayvan hakimiyyəti ilə ABŞ arasında istənilən rəsmi əlaqəyə qarşıdır. Bu barədə "Reuters" məlumat yayıb. Pekin Pentaqonun nümayəndələrindən birinin adaya səfərini belə şərh edib. Fevralın 21-də Tayvan prezidenti Tsay İnq-ven ABŞ Konqresinin nümayəndələri ilə görüşdən sonra ölkəsinin avtoritar ekspansionizm və iqlim dəyişikliyinə qarşı mübarizədə ABŞ və digər demokratik tərəfdaşlarla daha fəal işləyəcəyini bildirib. Daha əvvəl Tayvanın xarici işlər naziri Cozef Vu bildirib ki, Çin diqqəti daxili məsələlərdən yayındırmaq üçün 2027-ci ildə Tayvanı işğal etmək ehtimalı böyükdür. O, bu barədə Sky News-a müsahibəsində bildirib. Onun fikrincə, Tayvanın özünü idarə etdiyi, lakin rəsmi olaraq müstəqilliyini elan etmədiyi mövcud "status-kvo" müddəası "əbədi davam edə bilməz". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31