Çinin baş diplomatı və Rusiyanın təhlükəsizlik rəhbəri Asiya-Sakit okeanda sülhün qorunmasının vacibliyini vurğulayıb - ÖZƏL

"Moskvada görüşən Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin direktoru Vanq Yi və Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev Asiyada sülh və sabitliyin möhkəm şəkildə qorunmasının vacibliyini vurğulayıblar". 

Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.
"Tərəflər hesab edir ki, Asiya-Sakit Okean regionunda sülh və sabitliyi möhkəm müdafiə etmək, soyuq müharibə təfəkkürünə, blokların qarşıdurmasına və ideoloji qarşıdurmaya müqavimət göstərmək lazımdır", - nazirliyin bəyanatında deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31