Livan sahillərində 4,3 bal gücündə zəlzələ baş verib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Livanın cənub ərazi sularında 4,3 bal gücündə zəlzələ baş verib. Livan Milli Geofizika İdarəsindən verilən açıqlamada yerli vaxtla saat 08:00-da baş verən zəlzələnin episentrinin Aralıq dənizindəki Sayda şəhərindən təxminən 61 kilometr uzaqlıqda olduğu bildirilib. Zəlzələ Livanın cənubundakı sahil şəhərlərində, xüsusilə Sidonda, Fələstin və İsraildə hiss olunub. Zəlzələ can və mal itkisinə səbəb olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31