Macarıstandan İsveç və Fİnlandiyaya addım- ÖZƏL
22 Fevral 2023 11:20 DünyaOlaylar.az xəbər verir ki, Macarıstan mətbuatında yer alan xəbərə görə, gələn həftə keçiriləcək parlament iclasının gündəliyinə əsasən, Macarıstan Parlamenti İsveç və Finlandiyanın NATO üzvlüyünü mart ayının əvvəlində təsdiq edə bilər.
İsveç və Finlandiya ötən il Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzvlük üçün müraciət etmiş və alyansa birlikdə qoşulmaq istədiklərini bildirmişlər. Bununla belə, üzv dövlətlərin demək olar ki, hamısı razılaşsa da, Macarıstan və Türkiyə hələ də ərizələri təsdiq etməyiblər. Macarıstanın baş naziri Viktor Orban noyabr ayında bildirib ki, hökumət İsveç və Finlandiyanın NATO-ya üzv olmaq təkliflərini dəstəkləmək qərarına gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31