Dünya mətbuatı: Zəlzələ qurbanları psixi sarsıntılar yaşayır- ÖZƏL
22 Fevral 2023 11:21 DünyaBritaniya televiziyasına danışan İrlandiyalı yardım işçisi: "Bu, dəhşətli təcrübə idi. Yer altımızda yırğalandı. Bu, yerin möhkəmliyinə dair qavrayışınızı məhv edir və bu, həqiqətən də insanlara ağır zərbə vurur".
Olaylar.az xəbər verir ki, Türkiyə ötən gün Hatayda baş verən 6,4 bal gücündə zəlzələ ilə yeni bir sarsıntı yaşadı. İlk zəlzələlərdə demək olar ki, tamamilə dağılan Hatayda xalq ikinci zəlzələnin sarsıntısı, itkilərinin ağrıları və yardımların olmaması səbəbindən çox çətin günlər yaşayır. Dünya mətbuatı da zəlzələ bölgələrində on minlərlə insanın ruhi sarsıntı keçirdiyinə diqqət çəkən xəbərlər dərc edib. İngiltərənin aparıcı yayım təşkilatlarından olan İTV televiziyası, can itkisinin 42 mini keçdiyi zəlzələlərdən sonra Hatayda baş verən yeni zəlzələdən sonra bölgədəki insanların psixi sağlamlığının ciddi şəkildə zədələndiyinə diqqət çəkib. Televiziyaya danışan İrlandiyalı yardım işçiləri bölgə xalqının ciddi ruhi travma və stress keçirdiyini bildirib.