Braziliyada sel və torpaq sürüşmələrində ölənlərin sayı 46-ya çatıb- ÖZƏL
22 Fevral 2023 11:06 DünyaOlaylar.az xəbər verir ki, Braziliyanın San-Paulu əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 46-ya çatıb. Sao Paulo əyalətinin rəsmiləri tərəfindən edilən açıqlamada, leysan yağışlar nəticəsində balansın daha da ağırlaşdığı bildirilib. Təbii fəlakətdə indiyədək 46 nəfərin həyatını itirdiyi, 40 nəfərin isə itkin düşdüyü paylaşılıb. Axtarış-xilasetmə işləri fasiləsiz davam edir. Dövlət Səhiyyə İdarəsi həmçinin xəstəxanalarda müalicəsi davam edən şəxslərdən 7-nin vəziyyətinin ağır olduğunu açıqlayıb. Mülki Müdafiədən verilən açıqlamada leysan yağışların davam edəcəyi bildirilib və vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edilib. Məktəblərdə və QHT-lərdə 2500-ə yaxın insanın qəbul edildiyi bildirilib.