Yaponiya naməlum şara görə çimərliyi bağlayır-- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yaponiya şəhərlərindən birində çimərlikdə tapılan sirli top polisin ərazini mühasirəyə almasına səbəb olub. Yerli KİV-in məlumatına görə, obyektin dəniz minası növü ola biləcəyi ilə bağlı narahatlıqlar var. Obyekti bazar ertəsi səhər Şizuoka prefekturasının Hamamatsu şəhərində yaşayan bir qadın görüb və polisə məlumat verib. Mətbuatın yazdığına görə, diametri təxminən 1,5 metr olduğu və səthi paslı göründüyü üçün onun dəmirdən hazırlanmış ola biləcəyi ehtimal edilir. 

Polis 200 metr radiusda obyektin ətrafındakı ərazini mühasirəyə alıb və Yaponiya Özünümüdafiə Qüvvələrinə zəng edərək, hərbçilərdən oradakı partlayıcı maddələrin olub-olmadığını yoxlamaq üçün kimsə göndərməsini istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31