ABŞ-da güclü PARTLAYIŞ
21 Fevral 2023 23:29 DünyaABŞ-ın Florida ştatında qaynaq sexinin ərazisində partlayış, ardınca isə yanğın baş verib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə NBC Mayami telekanalı məlumat yayıb.
"ABŞ-ın Mayami-Deyd qraflığında, Medley şəhərində qaynaq sexinin binasını və bir neçə avtomobili əhatə edən partlayış və böyük yanğın nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb", - məlumatda deyilir.
Yanğının bir neçə saatdan sonra söndürüldüyü bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31