"Bayden fikrini dəyişməli olacaq"
21 Fevral 2023 22:56 DünyaRusiya Prezidenti Vladimir Putin Moskvada döyüşkən çıxışından sonra Polşada olan amerikalı həmkarı Co Bayden öz çıxışına düzəlişlər etməli olacaq.
Olaylar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Ağ Ev rəsmiləri telekanala ABŞ prezidentinin Putinin çıxışını dinləyəcəyini, ola bilsin ki, bu axşam baş tutmalı olan çıxışında bəzi dəyişikliklər edəcəyini bildiriblər.
Rusiya prezidentinin çıxışı ərəfəsində onun mətbuat katibi Dmitri Peskov deyib ki, Putin çətin Baydenin Polşaya səfərini şəxsən izləsin, amma ona bütün məlumatlar çatdırılacaq.
Peskovun sözlərinə görə, Kreml Polşada baş verəcəkləri diqqətlə izləyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31