"ABŞ Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmır" - Bayden
21 Fevral 2023 22:21 DünyaQərb dövlətləri Rusiyaya hücum etməyi planlaşdırmayıb, onun üzərində nəzarəti bərqərar etməyə və ya məhv etməyə çalışmır.
Olaylar.az apa-ya istinadən bildirir ki, bunu çərşənbə axşamı Varşavada çıxış edən ABŞ prezidenti Co Bayden deyib.
"Mən bir daha rus xalqına müraciət edirəm. ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmır. Qərb Rusiyaya hücum etməyi planlaşdırmırmayıb", - Bayden bildirib.
"Qonşuları ilə sülh şəraitində yaşamaq istəyən milyonlarla Rusiya vətəndaşı [bizim] düşmənimiz deyil", - Amerika lideri vurğulayıb.
Bayden Ukraynadakı hazırkı vəziyyəti faciə adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31