"Ukrayna qələbə qazanacaq" - Bayden
21 Fevral 2023 21:46 DünyaPolşaya səfəri zamanı ABŞ Prezidenti Co Bayden Varşavada əhalinin qarşısında çıxış edib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, təxminən 20 dəqiqə çəkən çıxış əksər televiziyalarla canlı yayımlanıb.
Baydenin çıxışının əsas mövzusu Ukrayna münaqişəsi olub.
"Rusiyanın torpaq acgözlüyü onu məğlubiyyətə sürükləyir. Ukrayna qələbə qazanacaq... Son 1 ildə Vladimir Putinin qeyri-mümkün hesab etdiyi proseslər baş verdi. Dünyada demokratiya gücləndi, avtoritarizm zəiflədi. Rusiya qoşunları çıxılmaz vəziyyətdədir" - deyə Bayden bildirib.
Bayden ABŞ-ın Kiyevə dəstəyi azaltmayacağını vurğulayıb. ABŞ prezidenti yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq olunacağını elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31