İran rejim əleyhinə qruplaşmanın liderini edam cəzasına məhkum edib- ÖZƏL
21 Fevral 2023 15:20 DünyaOlaylar.az xəbər verir ki, İran ABŞ-da yerləşən rejim əleyhinə təşkilatın lideri olduğu iddia edilən və ölkədə terror aktlarının təşkilində günahlandırılan Cəmşid Şarmahdı edam cəzasına məhkum edib. İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin verdiyi məlumata görə, ABŞ-da yerləşən "Tonder" və "İran Krallığı Məclisi" kimi tanınan rejim əleyhinə qruplaşmanın lideri olduğu iddia edilən Şarməhd edam cəzasına məhkum edilib. Tehran İnqilab Məhkəməsi tərəfindən terror aktlarını planlaşdırmaq və yönləndirmək yolu ilə dünyada fitnə-fəsad törətmək ittihamı ilə hökm oxunub. Sözügedən təşkilat 2008-ci il aprelin 12-də Şiraz şəhərində 14 nəfərin ölümü, 215 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə ölkə daxilində bəzi silahlı aksiyalar və təxribat təşkil etməkdə ittiham edilib. İran Kəşfiyyat Nazirliyi ikili İran-Almaniya vətəndaşı olan və 2003-cü ildən ABŞ-da yaşadığı bilinən Şarməhdi xaricdə ələ keçirərək 2020-ci ilin iyulunda ölkəyə gətirdiyini açıqlayıb. Ailəsi Şarmahdın Birləşmiş Ərəb Əmirliklərində "oğurlandığını" bildirib.