Blinkenin Türkiyəyə səfərləri Ankara ilə Vaşinqton arasında münasibətləri gərginləşdirib – ÖZƏL

"ABŞ dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfəri Ankara ilə Vaşinqton arasında son illərdə çətinliklər yaşayan münasibətləri daha da gərginləşdirib".

İran Aİ-nin son qərarına cavab olaraq əks sanksiyalar tətbiq edəcək – ÖZƏL


Olaylar.az xəbər verir ki, bunu siyasi araşdırmaçı, iqtisadçı, Türkiyənin Rusiyadakı keçmiş Ticarət Nümayəndəsi Aydın Sezər deyib.
"Blinken artıq Münhen Təhlükəsizlik Konfransında Avropada olub. O, bir çox dövlət başçıları və xarici işlər nazirləri ilə görüşüb. O, burada baş verən zəlzələ ilə əlaqədar Türkiyəyə gəlib. İnanırdım ki, səfərinin əsas məqsədi zəlzələ ilə bağlı başsağlığı vermək olub. Lakin onun səfəri zəlzələdən kənara çıxdı və iki ölkə arasında bütün məsələlərin, hətta İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinin də müzakirə olunduğu hərtərəfli görüşə çevrildi. Verilən bəyanatlara və mətbuat konfransına baxanda aydın olur ki, bu səfər nəinki Türkiyə ilə ABŞ arasında problemlərin həllinə kömək etmədi, əksinə onları daha da dərinləşdirdi. Konkret misallar ABŞ-ın F-16-larla bağlı mövqeyindən tutmuş, ABŞ-ın Suriyadakı kürdlərə dəstək bəyanatına qədər müxtəlifdir" - ekspert bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31