Dünya çempionu Vidadi Mərdanov güllələndi — FOTO
21 Fevral 2023 13:36 DünyaDərbənddə NFC qrappling və MMA liqasının prezidenti Vidadi Mərdanov güllələnib.
Olaylar.az-ın Rusiya KİV-nə istinadla məlumatına görə, zərərçəkmiş bu gün səhər saatlarında naməlum şəxslərlə danışmaq üçün Qaqarin küçəsindəki evdən çıxıb.
Hücum edənlər dünya çempionunu güllələyiblər.
İndi polis 27 və 23 yaşlı iki kişini axtarır. Onların "Lada Priora" ilə hadisə yerindən uzaqlaşdıqları qeyd olunur.
Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31