Çin Ukrayna üzrə sülh danışıqlarına yardım etməyə davam edəcək - ÖZƏL
21 Fevral 2023 13:28 Dünya"Çin Ukrayna ilə bağlı sülh danışıqlarının aparılmasına yardım etməyə davam edəcək".
Olaylar.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Qin Qang bildirib.
"Biz sülhü asanlaşdırmağa və danışıqların aparılmasına kömək etməyə davam edəcəyik, Ukraynadakı böhranın siyasi həllinə kömək etmək üçün Çin müdrikliyinə töhfə verməyə davam edəcəyik və dialoq və məsləhətləşmələri təşviq etmək üçün beynəlxalq ictimaiyyətlə işi davam etdirəcəyik. Məqsədimiz bütün tərəflərin narahatlığının aradan qaldırılması və ümumbəşəri təhlükəsizliyə nail olunmasıdır" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31